Chenot Palace Health Wellness Hotel

Müasir sağlamlıq mərkəzi

Struktur bütünlüklə sağlamlığın möhkəmləndirilməsi və səhhətin yaxşılaşdırılmasına təşviq olunub və hal-hazırda 6000 m2 sahədə müasir tibbi spa mərkəzinin yerləşdirilməsi və inkişafı üzrə plan həyata keçirilir. Burada, dəbdəbəli məkanda hər bir qonaq Chenot xidmətlərindən, tibbi və spa prosedurlarından yararlanacaq, tibbi müayinədən keçəcək, pəhriz qaydalarına riayət edəcək.

Bunlarla yanaşı, burada əlavə tibbi estetik prosedurlar, yüksək səviyyəli metabolik laboratoriya, -110° C krio kamera, fiziki sağlamlığı yoxlama üçün anti-gravitasiya texnologiyası və hündürlük kamerası var. Məqsəd - bədən və zehnin bərpası və detoksikasiyasıdır. Bu, sizin qısa müddətə nəzərdə tutulmuş istirahətinizi stimulverici bir həzzə çevirəcək.

Bizim programlar ilə tanış olun

Azərbaycan təbiəti qoynunda unikal istirahət məkanı

Qəbələ ərazisində yerləşən Chenot Palace Health Wellness Hotel-i xüsusi olaraq məhşur Chenot profilaktik və sağlamlıq proqramlarının həyata keçirilməsinə dəstək məqsədilə inşa edilmişdir.

Qəbələ ərazisi Azərbaycanın zəngin və qədim tarixə malik ecazkar bölgəsidir. Gözəl və heyrətamiz təbiət, təmiz hava və sakitlik Qəbələni ideal məkana çevirir və burada da bizim qonaqlar ətraf mühitin mükəmməl harmoniyası altında detoksikasiya və aktivizasiya proqramları keçə bilərlər.  

Qəbələni kəşf et

Diaqnostik və müalicə preparatları

Bu yolda bizim qonaqlari avropanın yüksək kvalifikasiyalı mütəxəssisləri – tibb komandası müşayət edir.

Qonağın kompleks və sistemli üsullar əsasında tibbi müayinədən keçməsi və müasir vasitələrlə ona diaqnozun qoyulması, xüsusi tibb mütəxəsisslərində qonağın fiziki sağlamlığının carı vəziyyətini qiymətləndirməyə, onun fərdi tələblərini anlamağa və individual prosedur üçün plan tərtib etməyə imkan verir.

Bizim proqramlar ilə tanış olun